Mingəçevirdə yanğın - xəsarət alanların SİYAHISI

Mingəçevirdə məcburi köçkünlərin yaşadığı binada yanğın baş verib.

Hadisə şəhərin Samux küçəsi 17 də  yerləşən E.Həsənov adına  Sürücülük məktəbinin 20 ailənin yaşadığı binasında baş verib.

Hadisəyə binanın məcburi köçkünlərin məskunlaşdığı hissəsində elektrik sayğaclarında yaranmış qısaqapanma səbəb olub. Hadisənin baş verməsi ilə bağlı Yeniavaz.com saytına məlumat verən məcburi köçkün Vidadi Vəliyev bildirdi ki, səhər saatlarında eşitdim ki, qonşu Səyalı xala köməyə çağırır ki, yanırıq: ”Aşağı düşəndə gördüm ki, işıq sayğacları yanır. Nə qədər etdimsə söndürə bilmədim .Məcbur olub su tökdük .Amma yanğın zamanı yaranan tüstü burada yaşayan 10-12 nəfərin səhhətində problemlər yaşatdı.Y oldaşım Yaqut Vəliyeva, qonşulardan Aytəkin Həsənova, Habil Əsədov və 2 az yaşlı nəvələrim tüstüdən zəhərləndilər. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Mingəçevir şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası cəlb olundu.Yanğını söndürdülər. Təcili yardım stansiyasının briqadası zərərçəkənlərə yerindəcə tibbi yardım etdilər. Hal-hazırda vəziyyətimiz qənaətbəxşdir”.

Digər sakinlər bildirir ki, 25 ildir ki,bu binada məskunlaşmışıq. Məcburi köçkün Arif Rzayev, Səyalı Vəliyeva və digərləri bildirirlər ki, bu birinci dəfə deyil qazımız olmadığına görə mütamadi olaraq elektirikdən istifadə edirik: "Ona görədə elektirik xətlərində qısaqapanma baş verir. Vəziyyətimiz çox ağırdır. Qarşıdan qış ayları gəlir. Məskunlaşdığımız bu bina bizi xəstəliyə salıb. Xahiş edirik aidiyyatı qurumlar bizi nəzərə alsınlar. Hal-hazırda 4 elektirik sayğacı sıradan cıxdı”.

Qeyd edək ki, hadisə zamanı Vəliyeva Yaqut, Həsənova Aytən, Vəliyev Vidadi, Vəliyeva Səyalı, Əsədov Habil, Rəşidli Rüstəm, 1 yaşlı Vəlizadə İsa, 3 yaşlı Vəlizadə Səadət, 11 yaşlı Hüseynova Zəhra tüstüdən vəziyyətləri pisləşib.

Esmira Hidayətova, Mingəçevir.


DİGƏR XƏBƏRLƏR

Top