Ermənistanda rusiyalı zabitin avtomobili yandırıldı

Ermənistanın Şirak vilayətinin prokurorluğunda oktyabrın 26-da Gümrüdə rusiyalı hərbçinin avtomobilinin yandırılması faktı ilə bağlı materiallar hazırlanır.

Bu barədə Şirakın prokuroru Karen Qabrielyanbildirib. 

Məlumata əsasən, naməlum şəxslər Rusiyaya məxsus 102-ci hərbi bazanın hospitalının rəis müavini Məhəmməd Məhəmmədovunavtomobilini yandırıblar. 

“Hələ ki, cinayət işi açılmayıb, materiallar toplanır. Bunun əsasında müvafiq prosesual qərar qəbul olunacaq”, - prokuror deyib. 

O qeyd edib ki, “Nissan Teana” avtomobilinin yandırılması barədə polisə zərərçəkən özü məlumat verib. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top