İrlandiyada prezident seçkilərində Maykl Hiqqins qalib gəlib


İrlandiyanın hazırkı prezidenti Maykl Hiqqins cümə günü baş tutan ümumi səsvermə nəticəsində ikinci yeddi illik müddətə yenidən seçilib.

Seçkilərdə iştirak edən irlandiyalıların 56 faizi ona səs verib.

Hiqqinslə yanaşı prezident kürsüsü uğrunda 5 namizəd mübarizə aparıb. Seçicilərin seçkidə iştirakı 43 faiz təşkil edib.

Xatırladaq ki, bu gün Gürcüstanda prezident seçkiləri keçiriləcək. (Report)

DİGƏR XƏBƏRLƏR

Top