Rusiya Prezidenti Vladimir Putin İstanbula Suriya sammitinə getmiş həmkarlarına hədiyyələr aparıb. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə hədiyyələr arasında balıq, giləmeyvə, qoz və digər yeməli şeylər olub. D. Peskov qeyd edib ki, hədiyyələr Hantı-Mansiyskdən gətirilib.
Xatırladaq ki, Türkiyə, Rusiya və Fransa prezidentləri Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin, Emmanuel Makron , eləcə də Almaniya Kansleri Angela Merkelin iştirak etdiyi Suriya sammiti şənbə günü İstanbulda keçirilib.
Путин привез Эрдогану, Меркель и Макрону в Стамбул подарки из Ханты-Мансийска: рыбу, ягоды, орешки и другую снедь pic.twitter.com/6uY2i7mV4A
— Кремлевский пул РИА (@Kremlinpool_RIA) October 27, 2018