Tramp silahlı insidentə münasibət bildirdi - "Özünüzü qoruyun"


ABŞ prezidenti Donald Tramp şənbə günü səhər naməlum şəxsin əvvəlcə sinaqoq ziyarətçilərinə, sonra isə hadisə yerinə gələn polislərə atəş açması ilə bağlı vəziyyəti izləyir. Dövlət başçısı bu barədə öz "Twitter" səhifəsində yazıb. "Pensilvaniya ştatı, Pittsburq şəhərində baş verən hadisələri izləyirəm. Asayiş keşikçiləri hadisə yerindədirlər. "Squirrel Hill" ərazisində yaşayan insanlar evdən bayıra çıxmamalıdırlar. Görünür söhbət bir neçə nəfərin ölməsindən gedir, atəş açan şəxsdən özünüzü qoruyun", - deyə Tramp yazıb.

ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində şənbə günü çoxlu insanın toplaşdığı sinaqoqlardan birində naməlum şəxs avtomat silahdan atəş açıb.(Report)

DİGƏR XƏBƏRLƏR

Top