Ermənistan ABŞ silahı almaq barədə düşünür


Ermənistan Amerika tərəfindən sərfəli təklif alarsa, ABŞ-dan silah alışını müzakirə edə bilər.
Yeniavaz.com “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, bunu Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, Ermənistan hökuməti heç nə ilə mədudlaşmayıb: “Əgər bizim üçün sərfəli təklif olarsa, biz müzakirə edəcəyik”.
Xatırladaq ki, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton İrəvana səfəri zamanı Ermənistan hökumətinə rus silahı əvəzinə Amerika silahı almağı təklif edib. Onun sözlərinə görə, ABŞ-ın təklif etdiyi texnika istənilən halda Rusiya silahından yaxşıdır.

DİGƏR XƏBƏRLƏR

Top