Bakıda kənd təsərrüfatı məhsullarının satış-yarmarkası fəaliyyətə başlayıb


Bu gün Səhmdar Cəmiyyətin təşkil etdiyi kənd təsərrüfatı məhsullarının satış-yarmarkası fəaliyyətə başlayıb.

Yeniavaz.com xəbər verir ki, yarmarka səhər saat 10:00-da Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində (Hüseyn Cavid prospekti ilə kəsişmə, “Space” telekanalının yanı, 225 nömrəli məktəbin qarşısı) istehlakçıların ixtiyarına verilib. Hər həftənin şənbə, bazar günləri fəaliyyət göstərəcək yarmarkada kiçik və orta fermerlərdən tədarük olunmuş 122 adda, 40 tondan artıq ekoloji təmiz məhsullar satışa çıxarılacaq. Qiymətlər   bazarlardakından  20% ucuzdur.Alış-veriş edən paytaxt sakinləri qiymətlərin əlverişli olmasını bildiriblər.
Yarmarkanın açılışında iştirak edən İdarə Heyətinin sədri Əbülfət Qocayev və Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov məhsullara baxış keçirib və alıcılarla söhbət ediblər. Paytaxt sakinləri bu cür ucuz yarmarkaların təşkil olunmasına ehtiyac olduğunu bildiriblər, gələcəkdə yarmarkanın gündəlik fəaliyyət göstərməsi nəzərdə tutulub.
Səhmdar Cəmiyyət paytaxtın digər ərazilərində də satış yarmarkaların təşkil olunması üçün işlər aparır.

DİGƏR XƏBƏRLƏR

Top