İsrail və Fələstin arasında atəşkəs əldə olundu


İsrail və Fələstin arasında atəşkəs əldə olunub.
Yeniavaz.com “Milliyet” qəzetinə istinadla xəbər verir ki, bunu İslami Cihad Hərəkatının sözçüsü Davud Şihab deyib.
Onun sözlərinə görə, Qəzza zolağına edilən hücumlardan sonra Misirin nəzarətində İsrail ilə atəşkəs əldə olunub: “İsrail atəşkəsə əməl etdiyi müddət ərzində biz də əməl edəcəyik”.
İsrail ötən axşam saatlarında blokadada olan Qəzza zolağından İsrail tərəfinə 30 raket atıldığını əsas gətirərək Qəzzada bəzi nöqtələrə hava zərbələri endirmişdi. İsrailin döyüş təyyarələri və helikopterləri Qəzzada HƏMAS-a aid 80 hədəfi vurmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top