Azərbaycan Ordusunda sıçrayış marşı üzrə yarışlar keçirilir


Azərbaycan Ordusunda idman yarışlarının keçirilməsi haqqında Müdafiə nazirinin əmrinə əsasən hərbi birliklərdə sıçrayış marşı üzrə yarışlar keçirilir.

Yeniavaz.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, otoatıcı, əməliyyat və kəşfiyyat bölmələrinin cəlb olunduğu yarışlarda komandalar müxtəlif məsafələrdə müəyyən olunmuş marşrut üzrə güclərini sınayırlar.

Birincilik uğrunda mübarizədə iştirak edən hərbi qulluqçular bölmələr tərkibində ştat silahları və tam təchizat ilə uzun məsafələri sürətlə qət etməklə dözümlülük və bacarıqlarını təkmilləşdirirlər.

DİGƏR XƏBƏRLƏR

Top