Feysbukda özünə profil açan deputatlar - SİYAHI


Sosial şəbəkələr günümüzün reallığıdır. Hətta telekanallarda görmək arzusunda olub, görə bilmədiyimiz xəbər və məlumatlar, insanları narahat edən problemlər barədə buradan xəbər tuturuq. Operativlik baxımından da sosial şəbəkələr telekanalları önləyir. İctimai məlumatlılıq baxımından müasir dövrümüzdə sosial şəbəkələrin çox böyük üstünlüyü var. İnsanların çoxu onları narahat edən problemlərlə bağlı aidiyyəti qurumlara müraciət etməmişdən əvvəl məhz sosial şəbəkələrdə ictimailəşdirməyə çalışırlar. Avropa ölkələrində deputatların, rəhbər şəxslərin demək olar ki, hamısı sosial şəbəkədən istifadə edirlər. Azərbaycanda da bunun əsası demək olar qoyulur. Xüsusilə, Avropa təhsili görmüş, nisbətən cavan məmurların sosial şəbəkədə səhifələri var.
Məmurlarla müqayisədə sosial şəbəkədən istifadə edən deputatların sayı daha çoxdur. Düzdür, fesybuka, instaqrama allergiyası olan deputatlar da az deyil. Yəqin seçicilərin öz problemləri ilə bağlı sosial şəbəkədə onlara kütləvi şəkildə müraciət edəcəklərini bildiklər üçün...
Yeniavaz.com saytı feysbukda özünə profil açan, aktiv istifadə edən millət vəkillərinin siyahısını təqdim edir.
1. Fazil Mustafa sosial şəbəkədə ən aktiv deputatlardandır. Deputat səhifəsində həm verdiyi müsahibələri paylaşır, həm fikirlərini bölüşür, həm də seçicilərlə əlaqə saxlayır.
2. Qənirə Paşayevanın adına feysbukda 2-3 profil var. Deputat əsas səhifəsində gördüyü işlər, iştirak etdiyi tədbirlər, vətəndaşların müraciətləri, çıxışları ilə bağlı paylaşımlar edir. Q. Paşayevanın feysbuk səhifəsində tez-tez canlı yayımlar da olur.
3. Zahid Oruc da sosial şəbəkədə aktivlərdəndir. Deputat səhifəsində daha çox öz qeydlərini, məqalələrini bölüşür.
4. Hadı Rəcəblinin də feysbukda səhifəsi var. Deputat burada əsasən iştirak etdiyi tədbirləri, keçirdiyi görüşləri paylaşır.
5. Əli Məsimli də sosial şəbəkə istifadəçisidir. Deputatın profilindən daha çox saytlara verdiyi açıqlamaların linki paylaşılır.
6. Sevinc Fətəliyeva xeyli müddətdir feysbukdadır. Deputat səhifəsində iştirak etdiyi tədbirlərdən fotolar, mətbuata verdiyi açıqlamaların linkini paylaşır.
7. Fəzail Ağamalı əsasən səhifəsində mətbuatla əməkdaşlığının nəticələrini paylaşır.
8. Aydın Mirzəzadə də feysbukda çox aktivdir. Deputat ictimai məsələlərlə bağlı səhifəsində paylaşımlar edir, fikir bildirir, rəyləri cavablandırır, verdiyi açıqlamaların linklərini paylaşır.
9. Rafael Cəbrayılovun səhifəsində müxtəlif məzmunlu paylaşımlar görmək mümkündür. Deputat başqa feysbuk istifadəçilərinin ümumi mövzularda paylaşdıqlarını da öz səhifəsində bölüşür.
10. Millət vəkili Musa Quliyevin feysbuk səhifəsi Musa Urud adı ilədir. M. Urud daha çox saytlardan liknlər paylaşır. Bu linklərdə əsasən öz verdiyi açıqlamalar, ölkə əhəmiyyətli mövzular yer alır.
11. Sahib Alıyev feysbuk səhifəsində ictimai-siyasi mövzularla bağlı tez-tez paylaşımlar edir.
12. Bahar Muradovanın sosial şəbəkədəki səhifəsi daha çox rəsmi xarakter daşıyır.
13. Əflatun Amaşov feysbukda həm Mətbuat Şurasının sədri, həm də deputat kimi keçirdiyi görüşlər barədə paylaşımlar edir.
14. Hüseynbala Mirələmov da sosial şəbəkədən istifadə edir.
15. Hikmət Babaoğlu feysbuk səhifəsində televiziyalardakı çıxışları, keçirdiyi görüşlər, saytlara verdiyi açıqlamalarla bağlı paylaşımlar edir.
16. Elman Nəsirov əsasən televiziyalardakı çıxışlarının anonsunu, mətbuata verdiyi açıqlamaları, bayram günlərində isə təbrikləri paylaşır.
17. Adil Əliyev sosial şəbəkədə aktivdir. O, tez-tez paylaşımlar edir, fikir bildirir, həssas mövzularda belə aktivlik göstərir.
18. Fərəc Quliyev feysbuk səhifəsində əsasən bir saytdan paylaşım edir.
19. Azər Badamov da sosial şəbəkələrdən istifadə edir.
20. Deputat Ülvi Quliyevin də feysbukda profili var. Deputat öz fəaliyyəti ilə bağlı sosial şəbəkədə paylaşımlar edir.
P.S. Bəzi iddialara görə, elə deputatlar da var ki, feysbukdan istifadə etmədiklərini bildirsələr də, başqa adlarla sosial şəbəkələrə girirlər.
 
Nicat

DİGƏR XƏBƏRLƏR

Top