"Azərbaycandakı qədər biznesmen deputatı olan ikinci ölkə yoxdur" - İqtisadçı


"Təklif edirəm ki, Milli Məclis publik hüquqi şəxs elan olunsun".
Yeniavaz.com xəbər verir ki, bu təkliflə iqtisadçı Qubad İbadoğlu çıxış edib.
Onun sözlərinə görə, mətbuatda məlumat yayılıb ki, gələn ilindən Milli Məclisin xərcləri daha 3 milyon manat artırılır: "Beləliklə də Azərbaycan Milli Məclisinin və onun Aparatının 2019-cu il üçün xərclər smetası 27 milyon 69 min 600 manat məbləğində müəyyənləşib. 
Mən təklif edirəm ki, Milli Məclis publik hüquqi şəxs elan olunsun və özünü maliyyələşdirməyə keçirilsin. Bununla büdcəyə qənaət edə, dünyaya da nümunə verə bilərik. Onsuz da MM-ə üzv olanların çoxu peşəkar fəaliyyətdən çox sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Əgər biznesmen deputatlardan siyasi cəhətdən faydalana bilmiriksə, niyə onların iqtisadi faydasından imtina etməliyik ki? Azərbaycandakı qədər parlamentdə biznesmen deputatı olan ikinci ölkə yoxdur. Odur ki, təklif edirəm ki, Bakıda yaşayan deputatların biznes dövriyyəsindən 4 faiz, rayonda yaşayanlardan isə 2 faiz vergi tutulsun. Bununla da Milli Məclisi dövlət maliyyəsindən azad edə və müstəqilləşdirə bilərik. Siz necə fikirləşirsiniz?"

DİGƏR XƏBƏRLƏR

Top