İtaliyanın baş naziri Cuzeppe Konte son qərarı qəbul edərək, İtaliya tərəfindən Transadriatik boru kəmərinin (TAP) tikintisinə “yaşıl işıq” verib.
Konte bildirib: “Əvvəlki hökumət tərəfindən planlaşdırılan və özündə müqavilə öhdəlikləri daşıyan bu layihəyə qarışmaq daha mümkün deyil”.
Nazirin sözlərinə görə, qaz kəmərinin tikintisinə maneçilik İtaliyaya "onlarla milyard avroya" başa gələ bilər. (Trend)