Trampın müşaviri: Çinin raketləri Rusiyanın ürəyini vura bilər

 
Vaşinqton Moskva ilə Çinin hərbi sahədə fəallığı ilə bağlı danışıqlar aparmaq istərdi. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Tbilisiyə səfəri zamanı deyib.
 
Onun sözlərinə görə, Çin raketləri Moskva üçün təhdid törədir, çünki Rusiyanın ürəyi onların raketlə vura biləcəkləri zonada yerləşir: “Çin raketləri Rusiyanın strateji vacib regionlarınadək çata bilər”.
 
C. Bolton ABŞ-ın çıxmaq istədiyi Orta və kiçik mənzilli raketlərin ləğv edilməsi haqqında müqaviləni də qiymətləndirib: “Bu, soyuq müharibənin qalığıdır”.

DİGƏR XƏBƏRLƏR

Top