Assanc təslim olmağa hazırdır: ancaq bir şərti var

 
“WikiLeaks”in qurucusu Culian Assanc ekstradisiya edilməyəcinə dair təsdiq alsa, Böyük Britaniya hakimiyyətinə təslim olmağa hazırdır. Yeniavaz.com RBK-ya istinadla xəbər verir ki, bunu C. Assancın Ekvadordakı vəkili Karlos Poveda deyib.
 
Onun sözlərinə görə, bu şərt yazılı formada olmalıdır: “Ölkələr arasında (Ekvador və Böyük Britaniya) saziş kimi olmalıdır. Sazişdə göstərilməlidir ki, nə ABŞ-a, nə də üçüncü ölkələrə ekstradisiya olmayacaq. Əgər bu şərt yerinə yetirilərsə, Assanc Britaniya məhkəməsi qarşısına çıxacaq”.
 
Xatırladaq ki, C. Assanc 2012-ci ildə Ekvadorun Londondakı səfirliyində sığınacaq istəyib. Bununla o, İsveçə ekstradisiya olunmaqdan qaçınmağa çalışıb. İsveçdə C. Assancın həbsinə order verilib, onu zorlamada, eləcə də seksual xarakterli hərəkətlərə məcbur etməkdə ittiham ediblər.
 
C.Assanc, həmçinin ehtiyat edirdi ki, İsveş onu ABŞ-a deporatasiya etmək qərarına gələcək. ABŞ-da onu Dövlət Departamentinin məxfi sənədlərini yaymağa görə 35 il həbs cəzası və ya ölüm cəzası gözləyir. “WikiLeaks”in qurucusu isə ittihamları siyasi motivli olduğunu hesab edir.

DİGƏR XƏBƏRLƏR

Top