
Rusiyanın Hantı-Mansiysk muxtar dairəsinin qubernatoru Natalya Komarova təsadüfən Prezident Vladimir Putinin kreslosunda oturub. Yeniavaz.com REN TV-yə istinadla xəbər verir ki, bunu görən V. Putin qubernatorla zarafatlaşıb.
Qubernator görüşdən əvvəl Rusiya liderini salamlayıb, sonra isə stolun Prezidentin kağız vərəqələrinin olduğu tərəfində oturub. V. Putin qadına yerlərini dəyişməyi xahiş etməyib, bunun əvəzində kağız vərəqələrinin yerini dəyişib.
Qadın məmur Rusiya Prezidentinin yerində oturduğunu anlayanda təəccüblənib və hətta bir az çaşıb qalıb.
Tətbiqimizi yükləyə bilərsiniz