Qaşıqçının nişanlısı Trampın dəvətini rədd etdi

 
Öldürülən səudiyyəli jurnalist Camal Qaşıqçının nişanlısı Xədicə Cengiz bəyan edib ki, Vaşinqtonun bu iş üzrə mövqeyi səmimi olmayana qədər ABŞ Prezidenti Donald Trampın Ağ evə dəvətini qəbul etməyəcək. Yeniavaz.com “Habertürk” saytına istinadla xəbər verir ki, D. Tramp daha əvvəl C.Qaşıqçının nişanlısını Ağ evə dəvət edildiyini bildirmişdi.
 
X. Cengiz deyib: “Tələb edirəm ki, bu vəhşi qətllə bağlantısı olan yuxarıdan aşağıyadək hər kəs məsuliyyətə cəlb olunsun. Mən ABŞ Prezidentinin Ağ evə dəvətini qəbul etmədim, çünki dəvət ictimai rəyi onun tərəfinə çevirməyə yönəlib. ABŞ Camal Qaşıqçını öldürülməsi ilə bağlı qərarlarında səmimi olmayanadək Ağ evə getməyəcəm”.

DİGƏR XƏBƏRLƏR

Top