Manat əmanətləri dollar əmanətlərindən dəfələrlə gəlirlidir


Bu ilin oktyabr ayının əvvəlinə əhali tərəfindən banklarda yerləşdirilən əmanətlərin həcmi 8 milyard 199,1 milyon manata təşkil edib. Yeniavaz.com-un Mərkəzi Bankdan açıqlanan statistik göstəricilərə istinadən apardığı hesablamaya görə, son bir il ərzində əmanətlərin həcmi 16,7% və ya 1 milyard 176,9 milyon manat artıb. Artım yalnız milli valyutada qeydə alınıb. Manatla yerləşdirilən əmanətlər son bir il ərzində 1 milyard 981,8 milyon manatdan 3 milyard 70,2 milyon manata yüksəlib.
Xarici valyuta ilə yerləşdirilən əmanətlər üzrə isə daha az artım qeydə alınıb. 2017-ci ilin oktyabr ayının əvvəlində xarici valyuta ilə yerləşdirilən əmanətlər 5 milyrad 40,4 milyon manat oduğu halda, bu ilin oktyabr ayının əvvəlində 5 milyard 128,9 milyon manat olub.  
Məlumat üçün bildirək ki, milli valyutada yerləşdirilən əmanətlərin xarici valyutada yerləşdirilən əmanətlərdən daha çox artması əmanətlər üzrə faiz dərəcələri həlledici olub. Belə ki, son bir il ərzində milli valyutada yerləşdirilən əmanətlər üzrə orta faiz dərəcəsi 7,7%-dən 7,1%-ə, xarici valyutada yerləşdirilən əmanətlər üzrə orta faiz dərəcəsi isə 3,2%-dən 2%-ə düşüb.
Ümumilikdə isə əmanətlər üzrə orta faiz dərəcəsi son bir ildə 4,5%-dən 3,9%- düşüb.
 

DİGƏR XƏBƏRLƏR

Top