Çinin təzyiq altında saxladığı Şərqi Türkistanda toplanış düşərgələri haqqında yeni məlumatlar əldə olunur.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, BBC-nin müxbiri Şərqi Türkistana gedərək toplanış düşərgələri və ümumi vəziyyət barədə önəmli məlumatlar paylaşıb.
BBC “Çinin gizli düşərgələri” adlı xəbərində toplanış düşərgələrinin görüntülərini yayır. Yayımlanan videoda uyğurlu bir uşağın “atama baş çəkməyə gəldim” dediyi əks olunub. Bunun ardından BBC müxbirinin kamerası çinli polislər tərəfindən müdaxiləyə məruz qalır.
Peyk görüntülərindən əldə edilmiş şəkillərdə boş ərazinin 2018-ci ildə nəhəng düşərgəyə çevrildiyi üzə çıxır. Hərçənd, 2015-ci ildə peyk görünütülərində Urumçi-Turpan yolunun üzərində yerləşən Tapançenq qəsəbəsindəki həmin ərazi boş olub. BBC müxbirləri Tapançenqdəki düşərgəyə getmək üçün yola düşəndə ən azı 5 avtomobil onları təqib edib.
BBC Çin'deki Uygur toplama kamplarının 1kısmına ulaşmış. 1milyon kadar Uygur kamplarda insanlık dışı uygulamalara maruz kaliyor, çocuklar ailelerinden koparılıp komünist çocuk yuvalarına dağıtılıyor. Bazı Batılılar tepki gösterirken müslüman ülkelerin ve Türkiye'nin çıtı çıkmıyor pic.twitter.com/LckJJJK0iG
— Izzet Akyol (@izakyol) 26 Ekim 2018
2018-ci ilin oktyabrındakı vəziyyətlə müqayisədə düşərgənin ərazisi 5-6 dəfə genişlədilib. Bu fərq peyk görüntüləri vasitəsilə də üzə çıxır. Düşərgədə 16 müşahidə qülləsi və polis karvanı var. Şərqi Türkistanda insanların dini inanclarına görə təzyiqlərlə üzləşməsi barədə də məlumat verilir. Bir çox məscidin qapısı qıfıllanıb, polislərin və təhlükəsizlik məntəqələrinin sayı 10 dəfə artırılıb.