
Mingəçevir şəhərində 37 yaşlı qadının intihar etməsi barədə məlumat vermişdik. Bildirmişdik ki, hadisə şəhərin M. P. Vaqif küçəsi, 19 ünvanında yerləşən beşmərtəbəli binadakı mənzillərin birində qeydə alınıb. Həmin mənzildə bir övladı ilə kirayədə yaşayan, 1981-ci il təvəllüdlü Samirə Aslan qızı Musayeva özünü asaraq öldürüb. Hadisə zamanı onun övladı evdə olmayıb.
Yeniavaz.com saytı mərhumun yaxınlarından intiharın təfərrüatları ilə bağlı məlumat bəzi məlumatları dəqiqləşdirib.

Məlum olub ki, intihar edən Samirə Aslan qızı Musayeva əslən Zərdab rayonunun Məmmədqasımlı kəndindəndir. O, bir müddət öncə həyat yoldaşından ayrılıbmış.
Samirə Musayeva qızı ilə kirayədə yaşayırmış və bu yaxınlarda Mingəçevir Tekstil Fabrikinə işə düzəlibmiş.
Mərhumun yaxınlarının dediyinə görə, Samirə Musayeva ilə qızı arasında problem yaranıbmış: "Samirənin qızı 3 gün imiş itibmiş. Qızı ipə-sapa yatmırmış, anası onu nə zülümlə böyüdüb, bütün kənd, el-aləm bilir. Anası onu çox axtarıb, tapa bilməyib. Məcbur qalıb polisə ərizə ilə müraciət edib. Mingəçevir Polis Şöbəsinin əməkdaşları qızı tapıb gətiriblər. 2002-ci il təvəllüdlü qız anası ilə gəlmək istəmirmiş. Ana bundan depressiyaya düşüb, stress keçirib. Qızı ilə danışıb, ona öyüd-nəsihət verib, başa salıb ki, Fabrikdə işləyəcək, onun təhsil alması üçün çalışacaq, yolunda hər əzab-əziyyətə qatlaşacaq. Qızı ona kobud cavab verib, ana baş verənlərdən çox pis olub və özünü asıb".

Yaxınlarının dediyinə görə, Samirənin intiharından heç kimin xəbəri olmayıb: "İş yerinə gedib soruşublar, deyiblər gəlməyib, qonşulardan görən olmayıb. Axırda məlum olub ki, evdə özünü asıb".
Hazırda Samirə Musayevanın Zərdab rayonunun Məmmədqasımlı kəndində dəfn mərasimi keçirilir. Onun qızını isə gətirib nənə-babasının himayəsinə veriblər.
Qeyd edək ki, mərhumun babası vaxtilə Məmmədqasımlı kəndinin icra nümayəndəsi işləyib.
Nicat

Tətbiqimizi yükləyə bilərsiniz