Trampın müşaviri: "Ermənistan-Amerika münasibətləri ABŞ üçün birinci dərəcəli vacib məsələdir"


ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Ermənistan rəhbərliyi ilə bir çox məsələləri, o cümlədən İrana qarşı sanksiyaları və Suriyadakı vəziyyəti müzakirə edib.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, C. Bolton qeyd edib ki, Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanla təqribən 1 saat 20 dəqiqə söhbət edib.
O bildirib: “Mən Xarici işlər və müdafiə nazirliklərində görüşlər də keçirdim, Təhlükəsizlik Şurasının katibi ilə görüşdüm. Ermənistan-ABŞ münasibətlərini, İrana qarşı sanksiyaları, Suriyadakı vəziyyəti, ABŞ-ın Ermənistanda iqtisadi fəallıq imkanlarını müzakirə etdik”. C. Bolton əlavə edib ki, Ermənistan-Amerika münasibətləri ABŞ üçün birinci dərəcəli vacib məsələdir və strateji əhəmiyyətə malikdir.

DİGƏR XƏBƏRLƏR

Top