Məhkəmə 220 saylı məktəbin "ermənipərəst" müəllimi barədə qərar verdi


Bakı Apellyasiya Məhkəməsi Azərbaycanla Ermənistan arasında sülhü təbliğ edən və iki ölkənin dost olmasını istəyən 220 saylı məktəbin ingilis dili müəllimi Rövşən Əzizov barəsdində Nizami Rayon Məhkəməsinin çıxardığı qərarı qüvvədə saxılayıb. Yeniavaz.com xəbər verir ki, Nizami rayonunda fəaliyyət göstərən 220 saylı məktəbin ingilis dili müəllimi Rövşən Əzizov Ermənistanla Azərbaycan arasında dostluq və sülhü təbliğ edən və dərs dediyi uşaqların da iştirakı etdiyi video-roliklər hazırlayaraq sosial şəbəkələrdə paylaşması ilə mətbuatın gündəminə gəlib. Daha sonra bir sıra QHT təmsilçiləri bu şəxsin məktəbdə müəllim işləməsinin yolverilməz olduğunu irəli sürüblər.
Bundan sonra məktəb rəhbərliyi tərəfindən ingilis dili müəllimi Rövşən Əzizovun fəaliyyəti ilə bağlı daxili araşdırma aparılıb. Məlum olub ki, Rövşən Əzizov özünə aid "Facebook" səhifəsində və "Youtube" video şəbəkəsində özünün yaratdığı "İsrolk" kanalında 220 nömrəli məktəb-liseyin adından dəfələrlə istifadə edərək müxtəlif videolar və yazılar paylaşıb. Lakin həmin paylaşımlarda təhsilə, şagirdlərin mənəvi-psixoloji inkişafına uyğun olmayan fikirlər və səhnələrin yer aldığı müşahidə edilib. Araşdırmadan sonra Rövşən Əzizovun işdən azad olunması barədə əmr verilib. 
Rövşən Əzizov isə buna etiraz olaraq Nizami Rayon Məhkəməsinə 220 saylı məktəb-litseyin rəhbərliyinə qarşı işə bərpa və məcburi iş buraxma üçün əmək haqqı  tələbi ilə iddia qaldırıb. Lakin 15 mart 2018-ci il tarixində baş tutan məhkəmədə  "ermənipərəstlikdə" ittiham olunan müəllimin iddiası qəbul olunmayıb.
İki gün əvvəl isə Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Talışinskinin sədrliyi ilə baş tutan məhkəmədə Nizami Rayon Məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılaraq Rövşən Əzizovun iddiası rədd edilib.
 
 

DİGƏR XƏBƏRLƏR

Top