"Paşinyan seçilsə, Qarabağ münaqişəsində qəti addımlar atmaq üçün imkan yaranacaq"


"Qarabağ münaqişəsinin tərəflərinin özləri nizamlanmaya gəlib çıxmalıdır".
Yeniavaz.com Ermənistan mətbuatına istinadla xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton İrəvanda keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli çox mürəkkəbdir: “Əgər o, asan olsaydı, münaqişə çoxdan nizamlanmışdı. Mən bura gəlməmişəm ki, Amerika siyasətində hansısa dəyişiklikləri göstərim vəya yeni həllər təklif edim. Tərəflər bir-birilə işləməlidir. Və tərəflərin özləri həll yolunu tapmalıdırlar”. 
C. Bolton əmin olduğunu bildirib ki, Ermənistan üçün xarici təzyiqi zəiflətməyin ən yaxşı yolu Dağlıq Qarabağ münaqişəsinin həllidir: “Ermənistan ATƏT-in Minsk qrupunun gələcək səylərini dəstəkləyir, bu da sevindirir. Tərəflər istənilən məsələni müzakirə edə bilərlər, heç bir məhdudiyyət olmamalıdır”. 
Onun sözlərinə görə, Nikol Paşinyan seçkilərdə qalib gəlsə, bu, Qarabağ münaqişəsinin nizamlanması məsələsində qətiyyətli addımlar atmaq üçün yaxşı imkan olacaq: “Və biz bu istiqamətdə işləməliyik ki, Azərbaycan tərəfindən də müvafiq reaksiya olsun”.

DİGƏR XƏBƏRLƏR

Top