İşdən çıxarılan hansı nazir müəllimlik edir? - AÇIQLAMA


Sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov hazırda heç bir işlə məşğul deyil.
Yeniavaz.com xəbər verir ki, bunu Modern.az-a açıqlamasında eks-nazir özü bildirib.
H.Əsədov yaxın müddət üçün hər hansı planının olmadığını da deyib.
Sabiq nazir universitetdə dərs deməsilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:
"Mən heç yerdə dərs demirəm, Səlim müəllim (eks-əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov-red.) deyir”.
H.Əsədov hazırkı həyatında hər şeyin qaydasında olduğunu və daha geniş danışmaq, başqa suallara cavab vermək istəmədiyini vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top