Ən varlı rus qadınları - Onları siz də tanıyın


2018-ci ildə Rusiyanın ən varlı 25 qadınının reytinqi tərtib edilib.
Yeniavaz.com Rusiya mətbuatına istinadla xəbər verir ki, reytinqi “Forbes” jurnalı hazırlayıb.
“Forbes”ın versiyasına əsasən, “Inteco Management” şirkətinin prezidenti Yelena Baturina 2018-ci ildə Rusiyanın ən varlı qadını olub. Onun sərvəti 1,2 milyard dollar həcmində qiymətləndirilib. İkinci yerdə 600 milyo dollarla “Wildberries” internet mağazasının baş direktoru Tatyana Bakalçuk qərarlaşıb. İlk üçlüyü isə özəl investor Yelena Rıbolovleva (600 milyon dollar) tamamlayır.
Sonrakı yerləri müvafiq olaraq, “S7 Group”un Direktorlar Şurasının sədri və onun həmsahibi Nataliya Fileva (600 milyon dollar), “Proqress Kapital”ın Direktorlar Şurasının üzvü Olqa Belyavtseva (500 milyon dollar), “Qruppı Çerkizovo”nun təsisçisi İqor Babayevin arvadı Lidiya Mixaylova (500 milyon dollar), milyarder Arkadi Rotenberqin qızı Liliya Rotenberq (500 milyon dollar) tutublar.

DİGƏR XƏBƏRLƏR

Top