İnternat müəssisələrində oxuyan uşaqların sayı AÇIQLANDI


Son bir ildə Azərbaycanda internat müəssisələrində təlim-tərbiyə alan yetim və valideyn himayəsindən mərhum olan uşaqların sayı  6% artıb. Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, ötən il Azərbaycanda internat müəssisələrində təlim-tərbiyə alan yetim və valideyn himayəsindən mərhum olan uşaqların sayı  639 nəfər olub. Bir il əvvəl isə bu göstərici 602 olub.
Azərbaycan müstəqillik əldə etdikdən - 1991-ci ildən sonra internat müəssisələrində təlim-tərbiyə alan yetim və valideyn himayəsindən mərhum olan uşaqların sayı  ən yüksək həddə 2003-cü ildə çatıb. Həmin il internat müəssisələrində 3456 yetim və valideyn himayəsindən mərhum olan uşaq təlim-tərbiyə alıb.

DİGƏR XƏBƏRLƏR

Top