“Samsung” və “Apple”dan hiylə: telefonları qəsdən köhnəldirlər

 
İtaliya “əvvəlcədən planlaşdırılan köhnəlməyə” görə “Samsung” və “Apple” şirkətlərini cərimələyib. Yeniavaz.com “Euronews” telekanalına istinadla xəbər verir ki, şirkətlər öz texnikalarının məhsuldarlığını qəsdən azaltdığına görə 15 milyon avro cərimələniblər.
 
Belə ki, sözügedən şirkətlər müştərilərə mobil telefonlar üçün bir sıra yenilənmələri yükləməyi təklif edib. Həmin yenilənmələr qurğuların işində ciddi pozuntulara gətirib çıxarırdı. Belə ki, telefonların enerji sərfiyyatı artırdı və hətta smartfonlar öz-özünə sönürdü.
 
Zəmanətli təmir vədi isə bu cür problemlərə şamil olunmurdu. Bu cür düzgün olmayan kommersiya siyasəti istehlakçıları tez bir zamanda yeni model telefonlar almağa sövq edirdi. İtaliyanın ardından Fransa da şirkətlərə qarşı təhqiqata başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top