​Büdcədən “ASAN xidmət”ə ayrılacaq vəsait 4,1 milyon manat artırılır


Gələn ilin dövlət büdcəsindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (“ASAN xidmət”) ayrılacaq vəsait artırılır.

2019-cu ilin büdcəsindən Dövlət Agentliyinə 28 milyon 183 min 220 manatın ayrılması planlaşdırılır.

Bu məbləğ 2018-ci ildəki vəsaitdən 4 milyon 120 min 861 manat çoxdur.

Qeyd edək ki, büdcə zərfi gələn ay Milli Məclisin komitə iclaslarında müzakirəyə çıxarılacaq.

DİGƏR XƏBƏRLƏR

Top