Avropada plastik qablar qadağan edildi

Avropa Parlamenti plastik qab və digər birdəfəlik əşyalardan istifadəyə tam qadağa qoyub. Bu qadağa bütün Avropa İttifaqı ərazisində tətbiq ediləcək.

“BBC News” yeni qərarın 2021-ci ildən qüvvəyə minəcəyini yazır.  

Qadağa dünya okeanının kəskin çirklənməsi ilə bağlıdır. Parlament üzvlərindən biri çıxışında bildirib ki, əgər tədbir görülməsə, 2050-ci ilə qədər okeanda balıqdan çox plastik olacaq.

Qeyd edilir ki, Avropa sularında hər il 150 min ton plastik aşkar edilir. Bu dünyadakı 8 milyon ton plastikin çox az bir hissəsidir. Dəniz heyvanları bu plastik zibilləri yeyir və ölür. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top