AKP-yə ŞOK: Melih Gökçek MHP-nin namizədi oldu


Türkiyənin Milliyətçi Hərəkat Partiyası (MHP) yerli seçkilərdə Melih Gökçekin Ankarada namizədliyini irəli sürəcək.
Yeniavaz.com “Sözcü” qəzetinə istinadla xəbər verir ki, bu iddia MHP-nin yüksək vəzifəli nümayəndələri tərəfindən təsdiqlənib.
M. Gökçek son yerli seçkilərdə Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi kimi Ankara böyükşəhər bələdiyyə sədri seçilmişdi, ötən ilin oktyabr ayında isə Prezident və AKP-nin lideri Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə vəzifəsindən istefa vermişdi.O, 1994-cü ildən bu vəzifəyi tuturdu.

DİGƏR XƏBƏRLƏR

Top