Bu ölkədə 14 milyon nəfər ac qalacaq - BMT-dən XƏBƏRDARLIQ


BMT Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın hərbi müdaxilə etdiyi Yəməndə aclığın ağır səviyyəyə çatdığını və ölkənin böyük qismini əhatə etdiyini bəyan edib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, koalisiyanın 3 ildən çoxdur hərbi əməliyyatlar keçirdiyi Yəməndə aclıq çəkənlərin sayının 14 milyon çata biləcəyinə dair xəbərdarlıq edilib.Bu sayının ölkə əhalisinin təqribən yarısına bərabər olduğu vurğulanır.
BMT-dən bildiriblər ki, bölgədə ancaq 8 milyon insan üçün yardım təşkil olunub. Aclıq səbəbindən kifayət qədər bəslənməyən uşaqlar  inkişafdan geri qalırlar.  Ölkədə səhiyyə xidmətləri çox aşağı səviyyədə olduğuna görə vəba kimi yoluxucu xəstəliklər davam edir. 
Xatırladaq ki, ərəb yarımadasının ən yoxsul ölkəsi olan Yəməndə husilərin iqtidara gəlməsiylə Səudiyyə Ərəbistanının müdaxiləsi başladı. BMT-nin məlumatına əsasən, dünyanın ən böyük humanutar böhranına səbəb olan Yəməndəki müharibədə 28 mindən çox insan həlak olub. 10 min dinc sakinin bombardman nəticəsində öldüyü qeyd olunur.

DİGƏR XƏBƏRLƏR

Top