Paşinyan: Ermənistan tarixinin ən böyük korrupsiya faktını açıqlayacağam


Ermənistanın Baş naziri vəzifəsinin səlahiyyətlərini icra edən Nikol Paşinyan məlumat verib ki, yaxın vaxtlarda ictimaiyyət Ermənistan tarixinin ən böyük korrupsiya faktının ifşa olunması barədə xəbər tutacaq.
Yeniavaz.com “Sputnik Ermənistan” saytına istinadla xəbər verir ki, o, parlamentdə çıxış edərkən qeyd edib ki, söhbət bir deputatdan gedir.
N. Paşinyan bildirib: “O həbs olunmalıdır,lakin bunun üçün bir kağız tələb olunur. İstintaq həmin kağızı artıq bir neçə aydır əldə edə bilmir”. Bununla belə, o, deputatın adını açıqlamayıb: “Bu iş bir çox kriminal hadisələrə gedib çıxır. Xalqdan oğurlananlar birmənalı olaraq son qəpiyinədək qaytarılmalıdır. Ermənistanda rüşvət ala biləcəyini düşünən məmur olana qədər Ermənistanda hakimiyyət dəyişikliyindən söhbət belə gedə bilməz”.

DİGƏR XƏBƏRLƏR

Top