
Populyar “WhatsApp” messencerinin komandası tezliklə üz və barmaq izlərinə görə istifadəçilərin autentifikasiya edilməsi imkanını proqrama əlavə edəcək. Bu haqda “WABetaInfo” resursu məlumat verib.
Yeniavaz.com “ICTnews”ə istinadən xəbər verir ki, söhbət “WhatsApp” messencerinin “iOS” üçün versiyasından gedir. “iPhone” istifadəçiləri “Touch ID” və ya “Face ID” texnologiyası üzrə messencerə giriş edə biləcəklər.
“WhatsApp” messencerinin bu yeni imkanı proqramın erkən sınaq alfa-versiyasında aşkar edilib. “Face ID” texnologiyasını dəstəkləyən smartfonda “WhatsApp” proqramının sazlamasında “Touch ID” və ya “Face ID” üçün yeni seçim yaranır.
Tətbiqimizi yükləyə bilərsiniz