Roma metrosunun mərkəzi stansiyalarından biri olan “Repubblica”da eskalator çöküb. Yeniavaz.com RBK-ya istinadla xəbər verir ki, hadisə nəticəsində onlarla adam xəsarət alıb.
Xəsarət alanların əksəri Rusiyanın ÇSKA futbol klubunun azarkeşidir. İnsident zamanı beş rusiyalı fanat yaralanıb. Rusiyanın Romadakı səfərliyinin nümayəndəsi Dmitri Qurun deyib ki, ilkin məlumata görə, hadisə nəticəsində ÇSKA-nın 30 fanatı xəsarət alıb.
Onun sözlərinə görə, yeddi nəfəri xərəkdə aparıblar: “Bunlar daha ağır xəsarət alanlardır, beş nəfər isə orta ağır dərəcəli xəsarət alıb, daha 18 nəfər yüngül xəsarət alıb”. Hadisə yerindən çəkilmiş videodan görünür ki, insanların üzərində durduğu eskalator sürətlə düşməyə başlayır, sonra isə sərt şəkildə dayanır. Bəzi fanatlar mexanizmin plastinləri arasında ilişib qalıb”.
Hadisə şahidlərindən biri bildirib ki, Roma- ÇSKA oyununun keçirələcəyi stadiona getmək üçün metroya düşüb: “Çox güman ki, sərxoş fanatlar eskalatorun üzərində hoppanıblar ki, bu da onun çökməsinə gətirib çıxarıb. Yaralananlar əsasən ayaqdan travmalar alıblar”. Hazırda “Repubblica” stansiyası bağlıdır. Hadisə baş verən zaman platformada təxminən 40 nəfərin olduğu deyilir.
В Риме перед матчем #РомаЦСКА на одной из центральных станций метро вышел из строя эскалатор с болельщиками, есть серьёзно пострадавшие (с) pic.twitter.com/4hslg9ySBt
— Фанаты ЦСКА★RBWorld (@RBWorldorg) October 23, 2018