Bakının bu ərazilərində su olmayacaq


Bakının bir sıra ərazilərində içməli su olmayacaq.
"Azərsu" ASC-dən Yeniavaz.com-a verilən məlumata görə, magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar 24 oktyabr 2018-ci il tarixində səhər saatlarına qədər Bakı şəhəri Səbail rayonu Bibiheybət və Şıxov qəsəbələrinə, 20-ci sahə və Bayıl qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

DİGƏR XƏBƏRLƏR

Top