Azərbaycanda nə qədər pambıq yığılıb?


Oktyabr ayının 23-nə olan məlumata görə Azərbaycanda pambıq qəbulu məntəqələrinə 158 min 83 ton məhsul təhvil verilib. Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, ötən ilin eyni dövründə bu göstərici 119 min 740 ton olub.
Bu günə qədər ən çox pambıq Saatlı rayonunda (21 min 184 ton) tədarük olunub. Ağcabədidə 16 min 836 ton, Bərdədə 16 min 400 ton, Beyləqanda 14 min 597 ton, Biləsuvarda 13 min 583 ton pambıq yığılıb.
Ən az pambıq isə Samux rayonunda (13,28 ton) tədarük olunub. Hacıqabulda 376,72 ton, Cəlilabadda isə 596,1 ton pambıq yığılıb.
 

DİGƏR XƏBƏRLƏR

Top