Bakının mərkəzində 24 kv.m obyekti 5 min 100 manata satıblar


Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərracda ümumilikdə 19 dövlət əmlakı özəlləşdirilib. Yeniavaz.com Komitədən açıqlanan məlumatlara istinadən bildirir ki, onlardan 5-i kiçik dövlət müəssisə və obyekti, 8-i qeyri-yaşayış, 1-i yarımçıq tikili, 5-i isə nəqliyyat vasitəsidir.
Paytaxtdakı qeyri-yaşayış sahələri Nəsimi, Səbail və Binəqədi rayonlarında yerləşir. Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi 10 ünvanında yerləşən 24.1 kv.m qeyri-yaşayış sahəsinin hərracında ilkin qiymət 5 min manat təyin olunsa da bu obyektə qalib iştirakçı 5 min 100 manat təklif etdi. Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, 12/1 ünvanında yerləşən ümumi faydalı sahəsi 89.3 kv.m olan obyektə iştirakçi 12 min 500 manat təklif edib.
 

DİGƏR XƏBƏRLƏR

Top