Bahçeli Ərdoğanla yollarını ayırdı - Daha ittifaq olmayacaq

Xroniki hal almış prosesi uzatmağın mənası yoxdur. Yerli seçkilərdə AKP ilə ittifaq qurmaq gözləntimiz daha qalmayıb. Yeniavaz.com “Haberler” saytına istinadla xəbər verir ki, bunu Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli deyib. O bildirib: “MHP olaraq öz göbək bağımızı özümüz kəsməyə hazırıq. Heç bir ittifaq bir tərəfin rədd edilməsi, yox sayılması ilə ayaqda qala bilməz. Heç bir ittifaq digər tərəfin diktəsi ilə, barmaq sallaması ilə qala bilməz”. D. Bahçeli qeyd edib ki, MHP seçkilərdə Türkiyənin hər bölgəsində öz namizədini irəli sürəcək: “Partiya olaraq yerli idarərtmə seçkiləri ilə bağlı ittifaq araşıyımız artıq qalmayıb. Vaxtı uzatmağa, ümidlərlə oynamağa ehtiyac yoxdur. Öz yolumuzu özümüz çəkəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top