Dünyanın ən uzun dəniz körpüsünün açılışı oldu​



Çinin Quandun vilayətində dünyanın ən uzun dəniz körpüsü açılıb. Yeniavaz.com DW telekanalına istinadla xəbər verir ki, körpünün açılış mərasimində Çinin sədri Si Cinpin də iştirak edib.
Ümumi uzunluğu 55 kilometr olan tunel-körpü keçidi üç şəhəri – Makao, Çjuxay və Honkonqu birləşdirir. O, körpüdən və 6,7 kilometr uzunluğunda sualtı tuneldən ibarətdir. Körpünün tikilməsi üçün iki süni ada yaradılıb. Konstruksiya qasırğa zərbələrinə və zəlzələlərə davamlıdır. Körpü Honkonqdan Çjuxaya səfəri 3 saatdan 30 dəqiqəyə endirməyə imkan verir. Oktyabrın 24-də avtobusların, minik və yük avtomobillərinin yeni körpü üzrə hərəkəti başlayacaq. Hesablamalara əsasən, hər gün körpüdən təqribən 30 min nəqliyyat vasitəsi və 120 mindən çox sərnişin keçəcək.
Körpünün tikintisi 2009-cu ilin sonundan başlayaraq 9 ildən çox davam edib. Layihənin dəyəri dəqiq deyil. Çin hökuməti bəyan edir ki, layihəyə 120 milyard yuan (15 milyard avro) sərmayə qoyub.

DİGƏR XƏBƏRLƏR

Top