Tramp: Bizim heç kimdə olmayan qədər pulumuz var

 
Birləşmiş Ştatlar qalanları özünə gələnədək öz nüvə potensialını artırmaq niyyətindədir, Vaşinqton sonra isə bu prosesi dayandırmağa və silahların azaldılmasına başlamağa hazır olacaq. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlər qarşısında bəyan edib.
 
O bildirib: “İnsanlar özünə gələnədək biz onu (nüvə potensialını) artıracağıq. Bizim heç kimdə olmayan qədər pulumuz var və biz onlar özünə gələnədək nüvə potensialını genişləndirəcəyik. Onlar bunu edəndə isə biz ağıllı davranacağıq və bunu dayandıracağıq və təkcə dayandırmayacağıq, həm də potensialı azaldacağıq. Söhbət Çin və Rusiyadan gedir”.
 
Xatırladaq ki, D. Tramp oktyabrın 20-də bəyan edib ki, ABŞ Orta və kiçik mənzilli raketlərin ləğv edilməsi haqqında müqavilədən çıxacaq, çünki Rusiya bu müqaviləni pozur. Həmin müqavilə 1987-ci il dekabrın 8-də imzalanıb və 1988-ci il iyunun 1-də qüvvəyə minib. Müqavilə yerüstü əsaslı kiçik (500-1000 km) və orta mənzilli (1000-5500 km) raketləri əhatə edir. 

DİGƏR XƏBƏRLƏR

Top