Rusiya Ukraynaya qarşı sanksiyalar tətbiq edib


Rusiya Ukraynaya qarşı sanksiyalar tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bununla bağlı fərman imzalayıb. "Xüsusi iqtisadi tədbirlər” adlanan sənəd Rusiya vətəndaşlarına və hüquqi şəxslərə qarşı Ukraynanın qərəzli və beynəlxalq hüquqa zidd olan məhdudlaşdırıcı tədbirlərinə cavab və milli mənafeyi qorumaq məqsədilə imzalanıb. Qərar məhdudlaşdırıcı addımlar atılacaq hüquqi və fiziki şəxslərin siyahısının və həmin iqtisadi tədbirlərin müəyyənləşdirilməsini nəzərdə tutur.

Qeyd edək ki, 2014-cü ildən Ukrayna hökuməti Rusiyanın siyasətçiləri, iş adamları, rəsmi şəxsləri və media nümayəndələri də daxil olmaqla, 1228 fiziki və 468 hüquqi şəxsinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmişdi. 2017-ci ildən isə Rusiyanın “Mail.ru Group”, “Yandex”, “Vkontakte”, “Odnoklasniki” kimi tanınmış internet şirkətlərinə və bəzi KİV-ə qarşı da müvafiq tədbirlər tətbiq edilib.(Report)

DİGƏR XƏBƏRLƏR

Top