Qaşıqçıya görə Səudiyyəyə qarşı ilk konkret addım: bu ölkə silah satışını dayandırır


Almaniya hökuməti hazırda Səudiyyə Ərəbistanına silah və döyüş sursatlarının ixrac edilməsini nəzərdə tutan yeni tələbləri təsdiq etməyəcək.
Yeniavaz.com “Milliyet” qəzetinə istinadla xəbər verir ki, bunu Almaniyanın iqtisadiyyat naziri Peter Altmayer deyib.
Onun sözlərinə görə, koalisiya üzrə tərəfdaşlar  bu məsələdə həmfikirdirlər. Nazir qeyd edib ki, jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı indiyə qədər verilən açıqlamalar qənaətbəxş deyil.
P. Altmayerin fikrincə, Avropa məsələ ilə əlaqədar Səudiyyə Ərəbistanına qarşı birgə mövqe nümayiş etdirməlidir: “Ər-Riyad hakimiyyətinə təsir göstərə bilmək üçün Avropa ölkələri arasında fikir birliyinin olması önəmlidir”.
 

DİGƏR XƏBƏRLƏR

Top