Rusiya nömrəli maşın adam vurub - Zaqatalada


Zaqatala rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yeniavaz.com-un “Report”a istinadən məlumatına görə, rayonun Muxax kəndi ərazisində yerli sakin Samir Yəhyəyev idarə etdiyi “VAZ-21014” markalı, Rusiya dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən 1958-ci il təvəllüdlü Muxax kənd sakini Güləbatın Tapdıq qızı Gəncəliyevanı vurub. Qəzadan sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan G.Gəncəliyeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanadan bildirilib ki, G.Gəncəliyevaya qapalı kəllə-beyin travması və bədənin çoxsayı sıyrığı xəsarətləri dioqnozu qoyulub, müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır. Faktla bağlı araşdırma gedir.

DİGƏR XƏBƏRLƏR

Top