Ukraynada hər həftə təxminən 110 nəfər döş xərçəngindən ölür


Ukraynada hər həftə təxminən 110 nəfər döş xərçəngindən ölür. Bu barədə Ukrayna Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla məlumat verir.

Məlumata görə, 2017-ci ildə döş xərçəngindən 5823 nəfər ölüb, onlardan 5774-ü qadın, 49-u isə kişi olub. Son 20 ildə Ukraynada döş xərçəngi xəstəliyi 3 dəfə artıb.

Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının hesabatına görə, hər il təxminən 500 min qadın döş xərçəngindən ölür.
(AZƏRTAC)

DİGƏR XƏBƏRLƏR

Top