Gecə reydi: görün restoranlara hansı ətləri paylayırlarmış - VİDEO


Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının Abşeron rayonunda keçirdiyi növbəti reyd zamanı 2 tona yaxın mənşəyi məlum olmayan ət aşkarlanıb.

Hansı heyvana məxsus olduğu bilinməyən, ətrafa üfunət iyi yayan, rəngi qaralmış ət... Dəhşət saçan başqa bir mənzərə... Bu sümüklər hansı heyvana məxsusdur? 

Qida Təhlükəsizliyi Agentliyi günlərdir izini aşkar etdiyi faktını ardınca düşüb gecə saatlarında bütün suallara nöqtə qoymaq üçün reyd keçirdi.

Reyd zamanı Rasim Rzaxanova məxsus həyətyanı sahədə bir neçə obyekt aşkar edildi. Hansı ki, bu tikililərdə qanunsuz ət kəsimi həyata keçirilir.

Təbii ki, problem yalnız qanunsuz kəsimlə bağlı deyil. Burada saxlanılan ətin keyfiyyətinin və mənşəyinin bilinməməsidə agentliyi sərt addımlar atmağa məcbur edib.
(REAL TV)

 

DİGƏR XƏBƏRLƏR

Top