Dünyada qeysəriyyə üsulu ilə doğuşların sayı artır - ÜST


Dünyada qeysəriyyə üsulu ilə doğuşların sayında artım müşahidə olunur. 

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında qeyd olunub. 

Sənəddə bildirilib ki, alimlərin 2000-ci ildən bəri apardığı araşdırma nəticəsində qeysəriyyə üsulu ilə övlad dünyaya gətirənlərin sayının artdığı məlum olub. Belə ki, 2000-ci ildə belə doğuşların sayı 12,1 faiz (16 milyon) idisə, 2015-ci ildə bu göstərici 21,1 faizə (29,7 milyon) qədər artıb. 

Alimlər qeydə alınan doğuşların yalnız 10-15 faizində qeysəriyyə əməliyyatının qaçılmaz olduğunu vurğulayıblar. (Report)

DİGƏR XƏBƏRLƏR

Top