BVF Ukraynaya 3,9 milyard dollar verəcək: Qazın qiymətini qaldırdığına görə

 
Ukrayna hökuməti və Beynəlxalq Valyuta Fondu (BVF) 14 ay müddətlik  3,9 milyard dollar məbləğində yeni kredit borcu barədə razılığa gəliblər. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu BVF-nin mətbuat xidmətindən deyiblər.
 
Fonddan bildiriblər ki, yeni proqram 2,8 milyard SDR-ə (BVF-nin xüsusi hesab vahidi, 3,9 milyard dollara bərabərdir) çıxışı nəzərdə tutur, bu da 2019-cu ildə Ukraynada iqtisadi dayanıqlığı təmin edəcək. 
 
Ukrayna hökuməti əhali üçün qazın qiymətini 23,5 faiz qaldırdıqdan sonra BVF yeni borc haqqında qərar qəbul edib. Yeni qiymətlər noyabrın 1-dən qüvvəyə minəcək. Bundan sonra 1000 kubmetr qaz ukraynalılara 8,5 min qrivenə (indiki rəsmi məzənnəyə əsasən, 300 dollardan bir az çox) başa gələcək.
 
Ukraynanın Baş naziri Vladimir Qroysman bəyan edib ki, bu qərarın hər bir ukraynalı ailəyə hansı çətinliklər gətirəcəyini başa düşdüyünü deyib. Onun sözlərinə görə, BVF yeni maliyyənin verilməsi üçün qiymətləri 60 faiz qaldırmağı tələb etmişdi.  Qazın qiymətinin artırılması BVF-nin Kiyevlə əməkdaşlığın davam etdirilməsi üçün şərtlərindən biridir. BVF xüsusi öhdəliklərin ləğv edilməsini və bazar qiymətlərinə keçilməsini təkid edir.

DİGƏR XƏBƏRLƏR

Top