Peterburqda zavodda partlayış oldu - Ölən və yaralılar var


Rusiyanın Sankt-Peterburq şəhəri yaxınlığında Qatçinada pirotexnika zavodunda partlayış baş verib. Partlayış “Avanqard” zavodunda meydana gəlib. Binada 5 nəfər olub. 2 nəfər dağıntıların altından xilas edilib. Rusiyanın Fövqəladə Hallar Nazirliyi partlayışın texniki səbəblərdən baş verdiyini, zavod binasının isə qismən dağıldığını açıqlayıb. Məlumata görə, partlayış nəticəsində 1 nəfər ölüb. Hadisə yerində yanğınsöndürənlər briqadası işləyir. (Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top