Rusiyadan da Əhmədovun əleyhinə qərar - Yarım milyard ödəyəcək


Moskva şəhər məhkəməsi milyarder Fərhad Əhmədovun London məhkəməsinin qərarı ilə bağlı verdiyi apellyasiya şikayətini təmin etməyib. Bununla da, iş adamı keçmiş həyat yoldaşına 585 milyon dollar ödəməli olacaq. Moskva məhkəməsi eyni zamanda, milyarderin arvadı ilə hələ 16 il əvvəl Rusiyada boşanmasını sübut etmək cəhdlərini rədd edib. Məhkəmə qərarına əsasən, Əhmədov bununla bağlı yetərli və etibarlı sübutlar təqdim etməyib. Biznesmenin vəkili İrina Şeqlova bildirib ki, qərardan kassasiya şikayəti veriləcək. Onun sözlərinə görə, Fərhad Əhmədov Ali Məhkəməyə qədər getmək niyyətindədir.(Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top