Türkiyədə pullu əsgərliyə getmək istəyən MƏŞHUR FUTBOLÇULAR

 
Türkiyədə 846 peşəkar futbolçu ödənişli hərbi xidmətdən istifadə etmək üçün müraciət edib. Yeniavaz.com “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, bunu Türkiyə Peşəkar Futbolçular Assosiasiyasının sədri Hakan Ünsal deyib. Onun sözlərinə görə, futbolçular noyabrın 3-dək müraciət edə bilərlər: “Peşəkar futbolçuların pullu əsgərliklərini iyunda keçirmələri üçün iş aparırıq. İndiyədək 846 futbolçu müraciət edib”. Ödənişli əsgərlikdən yararlanmaq istəyən bəzi futbolçuların adlarını təqdim edirik: Mustafa Pektemek (29 yaş – “Beşiktaş”), İsmayıl Köybaşı (29 yaş – “Fənərbağça”), Caner Erkin (29 yaş – “Beşiktaş”), Şener Özbayraklı (28 yaş – “Fənərbağça”), Necip Uysal (27 yaş – “Beşiktaş”), Alper Potuk (27 yaş – “Fənərbağça”), Sərdar Əziz (27 yaş – “Qalatasaray”), Ozan Tufan (23 yaş - “Fənərbağça”).
 

DİGƏR XƏBƏRLƏR

Top