
Türkiyə İstanbulda yoxa çıxan səudiyyəli jurnalist Camal Qaşıqçının işi üzrə heç bir səs yazısını ABŞ-ın dövlət katibi Maykl Pompeoya və digər amerikalı məmurlara verməyib. Yeniavaz.com “Habertürk” telekanalına istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, bu iş üzrə Türkiyənin müəyyən dəlilləri və informasiyası var: “Türkiyənin Pompeoya və ya digər amerikalı məmurlara səs yazıları verməsindən söhbət getmir. Bu məlumatların digər ölkələrə ötürülməsindən də söhbət gedə bilməz”. M. Çavuşoğlu qeyd edib ki, Türkiyə C. Qaşıqçının itməsinin araşdırlması üzrə nəticələri bütün dünyaya açıqlayacaq.
Tətbiqimizi yükləyə bilərsiniz